sopsoyuq
soraq
OBASTAN VİKİ
Sora Amamiya
Sora Amamiya (|雨宮 天|Amamiya Sora|; 28 avqust 1993, Tokio[d]) — Yaponiya səs aktrisası və müğənnisi. Music Ray'n şirkəti ilə əməkdaşlıq edir. == Bioqrafiya == İkinci kurs tələbəsi ikən Amamiya seyü Miyuki Savaşironun video kolleksiyası ilə tanış olmuşdur. Bundan sonra seyü olmağa qərar vermişdir. Amamiya Momo Asakura və Şiina Natsukava ilə birlikdə 2012-ci ildə Music Ray'n tərəfindən dinlənərək bəyənilmişdir və elə həmin il üçü də seyü karyeralarına start vermişdirlər. Onun ilk əsas rolu 2014-cü ildə One Week Friends anime serialının personajı Kaori Fucimiyanı səsləndirmək olmuşdur. Həmin animenin bağlanış mahnısı "Kanade" (奏(かなで), azərb. "Simfoniya"‎) mahnısı onun tərəfindən ifa olunmuşdur. O, həmçinin 2014-cü ildə yayımlanan "Akame ga Kill!" animesinin baş personajı Akameni səsləndirmiş, açılış mahnısı "Skyreach"-i isə ifa etmişdir. 2014-cü ilin axırlarında Amamiya, Asakura və Natsukava TrySail adlı musiqi birliyi qurmuşdurlar.
Kaze mo Sora mo Kitto...
"Kaze mo Sora mo Kitto..." (風も空もきっと…, azərb. "Külək də, səma da, şübhəsiz..."‎) — Yaponiya müğənnisi Alisa Mizukinin 11-ci sinqlı. 1996-cı ilin 20 aprelində özünün 3-cü albomu olan "Fiore II" albomunun 2-ci sinqlı kimi yayımlanmışdır. Sinqlın sözləri Çika Ueda tərəfindən yazılmışdır. Mahnıdan Yaponiyanın TV Asahi telekanalında yayımlanmış "Seylor Mun" animesinin 5-ci mövsümündə bağlanış mahnısı kimi istifadə olunmuşdur. Animedə bu sinqlın iki versiyası səslənmişdir: Takao Konişi tərəfindən qaydaya salınan ilkin versiyası (167-172-ci seriyalar) və Hiroyuki Otsuki tərəfindən qaydaya salınan hazırkı versiyası (173-199-cu seriyalar). == Hit paradlar == "Kaze mo Sora mo Kitto..." ilk həftəsində Oricon Weekly Singles hit paradında 24-cü yerdə göstərilmiş və 14.130 nüsxəsi satılmışdır. Sinql hit paradda 3 həftə qalmışdır və ümumilikdə 27.530 nüsxəsi alıcılarına qovuşmuşdur. == Mahnı siyahısı == Bütün mahnılar Çika Ueda tərəfindən yazılmış və bəstələnmişdir. == Hit parad və satış == == İstinadlar == == Xarici keçidlər == Youtube linki.