Yuxarı Tüləkəran
Yuxarı Tüləkəran — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
== Tarixi ==
Tarixi XVIII əsrə təsadüf edir, əvvəllər həmin ərazinin cənub hissəsi mərkəz olmaqla 700 yaşayış məntəqəsi olan Suxtakələ kəndi mövcud olmuşdur, XX əsrin əvvəllərindən başlayaraq isə əhalinin şox hissəsi Xaçmaz ərazisinə köçərək orada məskunlaşmış və orada Suxtakələ kəndini yaratmışlar.
== Toponimikası ==
Yuxarı Tüləkəran oyk.t mür. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilindədir. Keçmiş adı Tüləkəran olmuşdur. Keçmişdə ondan yaranmış məntəqə Aşağı Tüləkəran, bu kənd isə Yuxan Tüləkəran adlandırılmışdır. Tədqiqatçılara görə, Tüləkəran toponimi türk mənşəli tuli/dulu tayfasımn adından və İran dillərindəki “ev, kənd” mənalı karan sözündən düzəlib, “tuli- lərin evləri, kəndi” mənasındadır. Bir digər məlimata görə isə Türk və Ərən söz birləşməsindən yaranib kəndin adı.
== Mədəniyyəti ==
Əhalisi əsasən əkinçiliklə, çox az hissəsi isə heyvandarlıqla məşğuldur.