Vinilxlorid
Vinilxlorid (xloretilen, monoxloretilen), CH2=CHCl, halogenli doymamış karbohidrogendir.
== Xassələri ==
Vinilxlorid havadan ağır, zəif xloroform iyli, rəngsiz qazdır, asanlıqla alışıb yanır. Vinilxlorid dixloretan, xloroform, dietil efiri, neft karbohidrogenlərində yaxşı, suda isə çox pis həll olur.
== Alınması ==
Vinilxlorid ilk dəfə 1835-ci ildə Viktor Reno tərəfindən dixloretanı natrium hidroksidin spirtli məhlulu ilə işləyərək almışdır.
=== Sənayedə ===
Asetilenin qaz və maye fazada katalizatorun (HgCl2) iştirakı ilə hidroxlorlaşdırılması ilə :
CH≡CH + HCl → CH2=CHCl
1,2-dixloretanın dehidroxlorlaşdırılması ilə:
CH2Cl−CH2Cl +NaOH → CH2=CHCl+ NaCl+ H2O
== Kimyəvi xassələri ==
Vinilxlorid öz-özünə polimerləşir.Katalizatorun iştirakı ilə maye halında polimerləşdikdə termoplastik qatrana çevrilir:
Vinilxlorid halogenləri və hidrogen-halogenidləri asanlıqla özünə birləşdirir:
CH2=CHCl + HCl → CH3−CHCl2
== Tətbiqi ==
Vinilxloriddən alınan polivinilxlorid, eləcə də onun vinilasetat, vinilidenxlorid və s. vinil birləşmələri ilə birgə polimerləri sənayenin müxtəlif sahələrində geniş tətbiq olunan mühüm materiallardır. Plastik kütlə, sintetik lif, boya maddələri, süni dəri və s.istehsalında çox işlədilir.
== Təhlükəsizliyi ==
Vinilxlorid keyidici narkotik maddədir. Havada az miqdarda olduqda insanın başı gicəllənir, çox olduqda
isə insan şüurunu tamam itirir.
== Mənbə ==
N.Ə.Səlimova, B.Ş.Şahpələngova.