Dünyamalı Böyükxan oğlu Məmmədov (3 sentyabr 1952, Həziabad, Astraxanbazar rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci çağırış üzvü.
Dünyamalı Məmmədov | |
---|---|
Azərbaycan Milli Məclisinin 1-ci çağırış üzvü | |
24 noyabr 1995 – 12 noyabr 2000 | |
Seçki dairəsi | 1995 — 96 nömrəli Cəlilabad şəhər |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 sentyabr 1952 (71 yaş) |
Doğum yeri | |
Təhsili | Azərbaycan Politexniк İnstitutu və Sosial İdarəetmə və Politologiya İnstitutu |
Dünyamalı Məmmədov 1952-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Həziabad qəsəbəsində anadan olub.[1] Azərbaycan Politexnik İnstitutunun İnşaat bölməsində, Sosial İdarəetmə və Politologiya İnstitutunun isə Politologiya bölməsində ali təhsil alıb.[1] Rus dilini bilir.[1] Bitərəfdir.[1] Ailəlidir, üç övladı var.[1]
1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 96 nömrəli Cəlilabad şəhər dairəsindən bitərəf namizədi olan Dünyamalı Məmmədov 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Dünyamalı Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, enerji və ətraf mühit məsələləri Daimi Komissiyasının və Azərbaycan—İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[2][3]