Zəfər bayrağı (Azərbaycan)

Zəfər bayrağı — 8 noyabr 2020-ci il Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycan Ordusu əsgərləri tərəfindən Şuşa şəhəri icra hakimiyyəti binası üzərinı qaldırılan bayraq. Bu bayraq Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfər Bayrağı elan olunub.[1]

Zəfər bayrağı
Təfərrüatlar
Proporsiya 1:2
Dizayn Mavi rəng, qırmızı rəng, yaşıl rəng. Qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır.

Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri hərbçiləri tərəfindən sancılan bayraq Azərbaycannın İkinci Qarabağ müharibəsində qələbəsinin əsas simvoludur. Zəfər bayrağı 2020-ci il 10 dekabrda keçirilən Qələbə Paradında nümayiş olunmuşdur. Bayraq meydana Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən gətirilmişdir.[2]

Zəfər bayrağı Azərbaycan Respublikasının rəsmi simvollarından biridir. Hazırda Müdafiə Nazirliyində saxlanılsa da gələcəkdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 03 dekabr 2020-ci il tarixli Sərəncamı[3] ilə yaradılacaq Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyində nümayiş olunacaq.

Tarixi[redaktə | mənbəni redaktə et]

Şuşanın azad edilməsi əməliyyatı xəritəsi

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi olmuşdur.[4] noyabrın 25-də Kəlbəcər,[4] dekabrın 1-də Laçın rayonları[5] Ermənistan respublikası ilə 44 gün davam edən müharibə Azərbaycanın inamlı qələbəsi ilə bitmişdir. Müharibə ərzində Azərbasycan tərəfi 4 oktyabrda Cəbrayıl rayonunu[6][7], 17 oktyabrda Füzuli rayonunu[8][9], 20 oktyabrda Zəngilan rayonunu[10][11], 25 oktyabrda Qubadlı rayonunu[12][13] azad etmişdir. Bu müharibə ərzində Azərbaycan ordusunun ən müvəfəqiyyətli əməliyyatı 8 noyabrda Şuşa şəhərinin işğaldan azad edilməsi olmuşdur.[14][15][16] Məhz Şuşa əməliyyatı müharibənin bitməsində mühüm amil olmuşdur.[17]

Bayrağın sancılması[redaktə | mənbəni redaktə et]

General-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikasının Dövlət Bayrağı, Zəfər Bayrağı və Azərbaycan Silahlı Qüvvələri qoşun növlərinin bayraqlarının keçidi

Şuşa şəhərinin azad edilməsi əməliyyatı çərçivəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri[18] 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdur.[19] Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdir.[20] Şəhər azad edildikdə Azərbaycan silahlı qüvvələri şəhər icra hakimiyyəti binası üzərində Azərbaycan bayrağını qaldırmışdılar.

Noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması ilə nəticələnən bəyanatla müharibə bitmişdir.[21]

Zəfər bayrağının elan edilməsi[redaktə | mənbəni redaktə et]

2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi şərəfinə tarixi hərbi parad keçirilmişdir.[22] Zəfər Paradında 3000 Azərbaycan əsgəri və zabiti[23] ilə yanaşı və türk əsgər və zabitləri də iştirak etmişdir.[24]

Hərbi paraddan əvvəl Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri tərəfindən sancılan bayraq Azərbaycannın Zəfər bayrağı elan edilmişdir. Bu barədə hərbi paradın aparıcısı Abdulla Qurbani məlumat vermişdir.[1] Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinin əsas simvolu olan Zəfər bayrağı hərbi parad zamanı meydana Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən gətirilmişdir.[25]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Şuşaya sancılan bayraq Vətən müharibəsinin Zəfər Bayrağı elan olunub". 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-23.
  2. "Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilir". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-23.
  3. "Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-23.
  4. 1 2 "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı". 2020. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.
  5. "Arxivlənmiş surət". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.
  6. "Cəbrayıl işğaldan AZAD OLUNDU". modern.az (az.). 4 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  7. "Prezident: Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır". azeridefence.com (az.). 4 oktyabr 2020. 2021-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  8. "İlham Əliyev: "Füzuli işğaldan azad olundu"". oxu.az (az.). 17 oktyabr 2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  9. "Prezident: "Füzuli şəhəri və rayonun daha bir neçə kəndi işğaldan azad olunub"". report.az (az.). Report İnformasiya Agentliyi. 17 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  10. "Zəngilan və bu kəndləri azad edildi". qafqazinfo.az (az.). Qafqazinfo. 20 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  11. "Ali Baş Komandan: "Zəngilan şəhəri və bir neçə kənd işğaldan azad edildi"". lent.az (az.). 20 oktyabr 2020. 2020-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  12. "Qubadlı şəhəri işğaldan azad olundu!". qafqazinfo.az (az.). Qafqazinfo. 25 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  13. "Qubadlı şəhəri işğaldan azad edildi – Prezident". sputnik.az (az.). Sputnik Azərbaycanca. 25 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  14. "Müstəqillik tariximizin ən möhtəşəm xəbəri – Şuşa azad edildi!". sputnik.az (az.). Sputnik Azərbaycan. 8 noyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  15. "Şuşa şəhəri işğaldan azad edildi". report.az (az.). Report İnformasiya Agentliyi. 8 noyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  16. "İlham Əliyev: Şuşa işğaldan azad edildi!". oxu.az (az.). 8 noyabr 2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  17. "Armenia, Azerbaijan and Russia sign Nagorno-Karabakh peace deal". BBC. 10 noyabr 2020. 2020-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2020.
  18. Əliyev, İlham. "Release of the Press Service of the President" (ingilis). Azərbaycan Prezidentinin Administrasiyası. 8 noyabr 2020. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  19. "Почему Азербайджан выиграл войну в Карабахе? Отвечают военные эксперты". 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.
  20. "Şuşa: Azerbaycan lideri Aliyev, Dağlık Karabağ'ın ikinci büyük kentini ele geçirdiklerini açıkladı" [Shusha: Azerbaijani leader Aliyev announced that they have seized the second largest city of Nagorno-Karabakh]. BBC Türkcə Xidməti (türk). 8 noyabr 2020. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2020.
  21. "Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb tam mətn". lent.az (az.). 10 noyabr 2020. 2020-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2020.
  22. "Baku preparing for grandiose Victory Parade – VIDEO". Azerbaycan24 (ingilis). 3 December 2020. 7 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2020.
  23. "Zəfər paradında əsgərlərin marşı, yeni silah və hərbi texnika – şəkillərdə". BBC Azerbaijani Service (az.). 10 December 2020. 10 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2020.
  24. "Bakıda "Zəfər Paradı" keçirildi". Amerikanın Səsi (az.). Voice of America. 10 December 2020. 7 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2020.
  25. "Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilir". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-23.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]