YANILTMAC

is. Dil dolaşmadan tez-tez deyilməsi çətin olan söz birləşməsi əsasında qurulan cümlə, ifadə (xalq yaradıcılığının məzəli formalarından biri); məs.: qırx küp, qırxının da qulpu qırıq küp.
YANILTMA
YANILTMAQ
OBASTAN VİKİ
Yanıltmac
Yanıltmac — şifahi xalq ədəbiyyatı janrı. Yanıltmacdakı sözlər fonetik çəhətdən bir-birinə çox oxşadığından bir neçə dəfə aramsız, tələsik təkrar edildikdə deyilişi çətinləşir, dil dolaşır və sözlər bir-birinə qarışaraq gülüş doğurur. Yanıltmacda mənaya o qədər də əhəmiyyət verilmir.

Digər lüğətlərdə