YANIX

I
(Borçalı)
bax yandıx
II
(Zəngibasar)
məc. intiqam, qisas. – Sənnən gərəx’ yanığımı alam
YAηAL
YANIQARA
OBASTAN VİKİ
Yanıx
Yanıx, Nşxark — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «yanmış, susuz, quru yer» mənasında işlənən yanıx sözü əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 194 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildən 360 nəfər, 1914 - cü ildə 730 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 66 nəfər azərbaycanlı, 1926-cı ildə 37 nəfər azərbaycanlı, 163 erməni yaşamışdır. Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, 1923-1925-cı illərdə köçürülmüşdür.
Aran Yanıxlı
Aran — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd yerli əhali arasında Aran Yanıqlı kimi tanınır. Vaxtilə Yanıqlı kəndinin Aran adlı ərazisində əkin sahələri olmuş, İkinci Dunya müharibəsindən sonra isə həmin kənddən ayrılmış əhali burada yeni yaşayış məntəqəsi salmışdır. Oykonim "Aranda yerləşən Yanıqlı kəndi" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Çınqıldağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Heydərov Vasif Nazim oğlu (1997-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.