1. sif. Canına su, rütubət hopmuş; rütubətli, çox nəm, az islaq, sulu (quru ziddi). Yaş paltar. Yaş yer. Yaş qum. Yaş əlləri ilə tutmaq.
// Hələ canında su qalmış, qurumamış. Yaş səbzə. Yaş meyvə. – Yaş ağaca balta vurmazlar. (
Ata. sözü ).
[Kərim baba] iki barmaq qalınlığında yaş çubuğu yonurdu. A.Şaiq.
Peçdə yanan yaş odunun sızıltısı eşidildi. M.Hüseyn.
2. is. Su, nəm, yaşlıq.
3. is. Göz yaşı.
Sözüm yoxdur, fələk gər baxmasa gözdən axan yaşa; Budur qorxum kim, ol seyli-bəla bu körpüdən aşa. Qövsi.
Hər şey günəşə qurutdu yaşın; Qövsi-qüzeh açdı tər qumaşın. Xətayi.
Bulaqlar qaynaşır yaş kimi duru; Daşlı küçələri hər zaman quru. H.K.Sanılı.
Sarxan … yanaqlarına süzülən iri yaş damlalarını sildi. M.Hüseyn.
□ (Qanlı) yaş axıtmaq (tökmək) – ağlamaq, acı-acı ağlamaq.
Əjdərin arvadı qanlı yaş tökdü; Xırda uşaqları boynunu bükdü. H.K.Sanılı.
Məsum kişi özünü saxlaya bilmədi, gözündən parıl-parıl yaş tökdü. Mir Cəlal.
Yaş boğmaq – ağlamaq istəmək.
Gülsəhəri yaş boğur, rəng verib rəng alırdı. Ə.Vəliyev.
4. sif. və
is. qəd. Cavan, gənc, azyaşlı.
Dəmbədəm gər düşsə gözdən dürri-əşkim, vəchi var; Yaş uşaqlardır yetim, onlarda yox rəsmiədəb. Füzuli.
◊ Qurunun oduna yaş da yanır – günahsız olaraq cəza çəkənlər haqqında.