ZEMFİRA
ZEYBƏ
OBASTAN VİKİ
Zenfira Ağayeva
Ağayeva Zenfira Rza qızı (26 avqust 1946, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru (2013), AMEA-nın baş elmi işçisi (2014). == Həyatı == Zenfira Ağayeva 26 avqust 1946-ci ildə Bakı Şəhərinin Səbail rayonunda anadan olmuşdur. 1965-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-texnologiya fakültəsinə daxil olmuşdur. 1965-ci ildə həmçinin Azərbaycan SSR Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunda işləməyə başlamışdır. 1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsini müvəffəqiyyətlə bitirmiş, 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Kimya İnstitutunda işə qəbul olunmuşdur. 1991-cü ildə namizədlik, 2013-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 2014-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 4 saylı Laboratoriya müdir müavini təyin olunmuşdur. 28.12. 2020-ci ildən həmin Laboratoriyaya müdir vəzifəsinə təsdiq edilmişdir. == Elmi fəaliyyəti == Azot və kükürd tərkibli üzvi maddələrin neft-mədən avadanlıqlarını korroziyadan qoruduğunu, asfalt-qatran-parafin cökmə proseslərinə və mikroorqanizmlərin inkşaflna təsir etdiyini araşdırmışdır.