ÇUBUK
ÇUHAÇİÇEĞİ
OBASTAN VİKİ
Çuhaçi Ninomiya
Çuhaçi Ninomiya (二宮 忠八, Ninomiya Çuhaçi, 20 iyun 1866, Yavatahama[d], Ehime prefekturası – 8 aprel 1936) – Yaponiya aviasiya qabaqcılı. Qarğa tipli uçan aparat (1891) və qızılböcək tipli uçan aparat (1893) kimi müstəqil aviasiya dizaynları hazırlamışdır. == Həyatı == Çuhaçi Ninomiya 1866-cı ildə samuray ailəsinin dördüncü oğlu kimi doğulmuşdur. Uşaqlıqdan uçan aparatlara böyük marağı olmuşdur. Orduya qoşulmazdan öncə çərpələnglərin hazırlanması ilə məşğul olmuş, reklam məqsədləri üçün "valideyn və uşaq" çərpələngi ixtira etmişdir. Fotodükkanda işlədikdən sonra 14 yaşında böyük qardaşının dərman dükkanında işləməyə başlamışdır. Tibbi bilikləri səbəbilə Yaponiya ordusunda xəstə baxıcısı təyin olunmuşdur. 1889-cu ilin noyabrında Yaponiya ordusunda hərbi təlim zamanı dincələn Ninomiya qanadını çırpmadan uçan qarğaları müşahidə etmiş və bundan ilhamlanaraq ilk miniatür təyyarə modelini yaratmışdır. Təyyarə modelinin 60 santimetr genişliyində bir qanadı, dörd pərvanəsi və üç təkəri var idi, pərvanəsi gəmi pərvanəsi əsasında yaradılmışdı. "Karasu" (hərf. qarğa) adını verdiyi bu modelin ön hissəsinə qarğa şəkli də çəkmişdir.