1. Ailə, külfət.
[Yusif Sərrac] öz kəsbi ilə özünü və əyalını saxlamağa məşğul oldu.
İndi əgərçi ona zəhmət olar; Qışda əyalı, özü rahət bular.
Para nədir? Üzünü gördüyüm bir il yoxdur; Fəqət əyal yanında xəcalətim çoxdur.
2. Arvad, zövcə.
Bəs nədir yığıbsan neçə əyalı; Doğmaz şad olarsan, doğar ağlarsan.
[Qoca kişi:] Budur, neçə gün olar ki, özümə bir əyal gətirmişəm.
Sonra bir tikə yavan çörək də tapsam, əyalım ilə qabaq-qabağa əyləşib ağız ləzzəti ilə, iştaha ilə yeyərəm.