Baş Qaraçanlı
Baş Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.
== Tarixi ==
Baş Qaraçanlı kəndi Uluxan çayının sahilində, dağətəyi ərazidədir. Etnotoponimdir. Baş türkmənşəli topoformant kimi umumtürk toponimiyasında mürəkkəb toponim yaradıcılığında geniş istifadə olunur. "Əsas", "birinci", "böyük", "ust", "yuxarı" mənalarını bildirir. Baş komponenti dağ, qaya zirvələrinin, çay, bulaq mənbələrinin adlandırılmasında istifadə olunur və Sibir, Cin, Orta Asiya, Qafqaz, Balkanlar, Kicik Asiya, Ukrayna, Volqaboyu, Rusiyanın Mərkəzi Qaratorpaq, Qazaxıstan, Azərbaycan və s. əhatə edən geniş Avrasiya regionunda təsadüf edilir. Konkret olaraq bu oykonim də "yuxarı" mənasına uyğundur.