Eldar Xəlilov

Eldar Xəlil oğlu Xəlilov (19 avqust 1976, Zəngilər, Zəngibasar rayonu17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.

Eldar Xəlilov
Eldar Xəlil oğlu Xəlilov
Şəxsi məlumatlar
Doğum tarixi 19 avqust 1976(1976-08-19)
Doğum yeri
Vəfat tarixi 17 mart 1995(1995-03-17) (18 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Təltifləri "Qızıl Ulduz" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Eldar Xəlilov 19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdur.

1983-cü ildə Zəngilər kəndində ibtidai təhsilinə başlamış, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası nəticəsində ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Ardınca təhsilini 96 və 252 saylı tam orta məktəblərdə davam etdirmiş, Bakıda yerləşən 10 saylı texniki-peşə məktəbini bitirmişdir.

Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

29 sentyabr 1994-cü ildə Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır.

Mart hadisələri[redaktə | mənbəni redaktə et]

1995-ci il mart hadisələri zamanı dövlətə tabe olmayan silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Eldar Xəlilov Şəhidlər xiyabanında dəfn edilmişdir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

İrsi[redaktə | mənbəni redaktə et]

Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri Milli qəhrəmanın adını daşıyır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]