Fəxrəddin Nəcəfov

Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov (10 yanvar 1968, Bakı4 sentyabr 1992, Çıldıran, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.[1]

Fəxrəddin Nəcəfov
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov
Şəxsi məlumatlar
Doğum tarixi (57 yaş)
Doğum yeri
Vəfat tarixi 4 sentyabr 1992(1992-09-04) (24 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Rütbəsi Baş leytenant
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il mart ayının 31-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir. 1985–1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur.

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmış, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.[1]

Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhəri 266 nömrəli tam orta məktəb onun adını daşıyır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]